500-ə yaxın məktəbli qərb bölgəsini tanımaq üçün səfərə çıxıb. Dayanacaqları Gəncə, Göygöl və Şəmkir olanların 3 gün ərzində tarixi və mədini yerlərlə yanaşı yerli ədətlərlə də tanış olmaq imkanı var.
Sumqayıt, Qubadlı, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, o cümlədən Bakın Xəzər, Qaradağ və Pirallahı rayonlarının IX, X və XI sinif şagirdləri Gəncədədir. Ölkəmizi tanıyaq tur aksiyası çərçivəsində Heydər Əliyev Park-kompleksində "Zəfər Tağı"nın önündə qarşılanan 500-ə yaxın məktəblinin şəhərlə ilk tanışlığı elə qarşılandıqları məkanla bağlı olub. Parkda istirahət və əyləncə üçün yadılan imkanlar, ulu öndərin adını daşıyan mərkəzdə tanışlıq xarakteri daşıyan gəzinti yeniyetmələr üçün yenilik olub.
Solmaz Rüstəmova- Bakı təmsilçisi: “Burada Heydər Əliyevə aid bir çox kitablar, sənədlər, faktlar gördüm. Odur ki, məni seçdikləri üçün təşəkkür edirəm”.
Gültəkin Bayramova- Bakı təmsilçisi: “Gəldiyimdən bəri bu muzeyə baxıram, çox gözəldir, içi də çölü də əsrarəngizdir”.
Bəxtiyar Səmədov- Astara təmsilçisi: “Görürəm ki, Gəncə Avropanın Gənclər Mərkəzi olmasına həqiqətən də layiqdir. Çünki, Avropada belə gözəl şəhərlər azdır”.
Aygün Əsgərova- Bakı məktəblisi: “Burada yeni muzey gördüm, özümə yeni dostlar tapdım”.
Gəncə ilə tanışlığın ikinci günü Nizami məqbərəsi və muzeyinə səfər, komplekslə tanışlıq, “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya muzeyindəki eksponatlara baxışla yadda qalıb. İsmayıl Fərzəliyev- Lənkəran təmsilçisi: “Kitablarda gördüklərimizin real şahidi olduq. Bu, imtahanlarda bizə kömək olacaq”.
Havanisə Abbaszadə- Lənkəran təmsilçisi: “Dünya görüşümüz bir az da artdı. Gəncədə olduğuma çox sevinirəm. Bu regionda olan tələbələri də Lənkərana dəvət edirik”.
Ölkəmizi Gəncədən tanışlığa başlayanlar “İmamzadə”, Xan bağı, qədim Gəncə qalası, Cavad xan türbəsi, Şax Abbas-Cümə məscidi, Çökək hamam və Məhsəti mərkəzində olublar.
Xəyalə Mürsəl
- Baxış: 795