Oyunları sabah başlayacaq dünyanın ən böyük şahmat yarışında Azərbaycan yığmasının tərkibində Gəncə şahmatçısı Ülviyyə Fətəliyeva da yer alıb. Gənc iti zəka sahibi Olimpiadaya ev sahibi kimi 3 kollektivlə qatılacaq ölkə yığmasının ikinci komandasının heyətinə daxil edilib. Fətəliyeva bu cür nüfüzlu turnirdə iştirak edəcək Gəncə şahmat məktəbinin 3-cü yetirməsi olacaq. Ona kimi İlahə Qədimova və Səbinə İbrahimova olimpiadalarda qüvvəsini sınayacaq. Debütə hazırlaşan Ülviyyə ayrı-ayrı yaş qrupları üzrə 2 qat Avropa çempionu və dünya birinciliyinin bürünc mükafatçısı, həmçinin bir sıra beynəlxalq turnirlərin qalibidir.
Azad Rəfi
- Baxış: 367