• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2190
— 28.07.2016 16:04

Kəpəz-in əsas komandası ilə yanaşı əvəzedicilər də çempionata hazırlığı davam etdirir

Mövsüm öncəsi son toplanışına başlayan dubl Samux rayonun Ağasbəyli kəndində məşq edir. Gəncləşdirmə siyasəti yürüdən rəhbərlik yay dövründə komandanı perspektivli yeni gənc oyunçularla zənginləşdirib. "Kəpəz"in müxtəlif yaş qruplarından heyətə dəvət edilən oyunçularla birlikdə Bakı klublarından da 4 futbolçu əvəzedicilərə qoşulub. İyulun 5-dən hazırlıqlara start verən sarı-göylər bu müddət ərzində Qəbələ, Göyəzən və Şəmkir kollektivləri ilə 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Sabah isə gəncəlilər toplanış çərçivəsində sonuncu yoldaşlıq qarşılaşmasında Qəbələdə Qarabağın əvəzediciləri ilə üz-üzə gələcək.

Azər Məmmədov - "Kəpəz"in əvəzedici komandasının baş məşqçisi: "Demək olar ki, oyun həftəsinə yaxınlaşırıq. Oyuna öncəsi məşqlərə keçmişik. Sırf olaraq taktiki-texniki hazırlığa başlamışıq. Az da olsa oyunçuların fiziki durumuna da diqqət yetiririk”.

Orxan Cəfərzadə