Əməkdar məşqçi Firuddin Həsənovun xatirəsinə həsr olunan və Gəncə Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşi üzrə turnir başa çatıb. Bu il 12-ci dəfə düzənlənən yarış Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutub. Turnirə 13 şəhər və rayondan 230-dan çox idmançı qatılıb. 2001-2002-ci il təvəllüdlü güləşçilərin mübarizəsində Gəncə pəhləvanları 5 qızıl, 2 gümüş və 8 bürünc medalla komanda hesabında 1-ci olublar. Lənkəran kollektivi 2-ci, Bakı isə 3-cü pillədə qərarlaşıb. Yarışın qalibləri oktyabrda baş tutacaq Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirdə iştirak etmək hüququ qazanıblar.
Orxan Cəfərzadə
- Baxış: 642