• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 20.06.2016 15:41

Klublarımızın Avropadakı rəqibləri məlum oldu

Bu gün UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2016/17 mövsümünün püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən püşkün nəticəsinə əsasən,  II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Qarabağ- “Düdelanj” ilə üzə üzə gələcək.

Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

AL-da mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.
"Neftçi" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək. 
"Qəbələ" Gürcüstanın "Samtrediya" klubuna, "Kəpəz" isə Moldovanın "Daçiya" klubuna rəqib olub.

Azad Rəfi