Gəncədə 2 saylı Uşaq Gənclər İdman Məktəbinin Novruz bayramına həsr olunan sərbəst güləş üzrə açıq birinciliyi keçirilib. 12-14 yaşlı idmançıların döşək üzərinə çıxdığı yarışda, 2 saylı UGİM və Təhsil Respublika İdman Məkrəzinin Gəncə filialının komandaları ilə yanaşı, respublikanın digər şəhər və rayonlarından da pəhləvanlar çıxış edib. Bu mənada birincilikdə Zaqatala, Tərtər, Şəmkir və Samux təmsilçiləri də mükafatlar uğrunda mübarizə aparıblar. Açıq birincilikdə 120-ə yaxın pəhləvan 13 çəki dərəcəsində qüvvəsini sınayıb.
İlkin Hüseynov- 2 saylı UGİM-in direktoru: "Bu yarışı keçirməkdə məqsədimiz odur ki, yaxşı güləşçiləri seçək və gələcəkdə yığma komandanın tərkibinə qoşulmalarına yardımçı olaq. Gələcəkdə də dünya və Avropa yarışlarında çıxış etsinlər, ölkəmizə uğur qazandırsınlar".
Hidayət Şahin
- Baxış: 387