Bu həftədən komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə qoşulacaqlar. 14-cü tura fevralın 18-də start veriləcək. İlk oyun günündə qərb derbisi çərçivəsində “Göyəzən” – “Turan Tovuz” oyunu keçiriləcək. Çempionatın ilk dövrəsində uğursuz çıxış edən tovuzlular uzun marafonun ikinci hissəsində vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər. Bu məqsədlə klub rəhbərliyi heyətdə köklü dəyişikliklərə əl atıb. 8 futbolçu ilə yollarını ayıran komandaya 9 yeni oyunçu cəlb edilib. Yeni transferlər arasında gürcüstanlı legioner də var. Çempionata hazırlıq dövründə “Turan Tovuz” 6 yoxlama oyunu keçirib və bu matçlarda uduzmayıb.
Azad Rəfi
- Baxış: 889