• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1016
— 06.02.2016 17:29

“Kəpəz” doğma meydanda “Azal”ı qəbul edəcək

Futbol üzrə Azərbaycan Premyerliqasında 20-ci turun oyunları çərçivəsində “Kəpəz” doğma meydanda “Azal”ı qəbul edəcək. Son turda Qəbələ üzərində böyükhesabla qalib gələn sarı-göylər təyyarəçilərlə görüşə Bakıda hazırlaşıb. Qərb təmsilçisi oyunöncəsi son məşqinə isə bu gün Gəncədə çıxıb. Komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdu. Əvvəlki iki dövrədə bu kollektivlər arasındakı baş tutan oyunlarında fərqli nəticələr qeydə alınıb. Gəncədə Bakı təmsilçisini 1:0 hesabı ilə məğlub edən “Kəpəz” paytaxtda reallaşan qarşılaşmada 1:1 hesablı heç-heçə edib. Bildirək ki, “Kəpəz” “Azal”la sabah Gəncə şəhər stadionunda üz-üzə gələcək. Matçın start fiti saat 13:30-da çalınacaq.

Orxan Cəfərzadə