• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 13.12.2023 16:05

Saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər

KepezTV Player

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində bu gün hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. 7 dekabr tarixində Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.