• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 12.12.2023 15:34

"2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, 22 kənd də bərpa olunacaq"

KepezTV Player

 "2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək". Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Artıq Füzuli şəhərinə köçmüş vətəndaşların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib.