• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 11.12.2023 20:10

Yeni il yolkalarının qiyməti neçəyədir?

KepezTV Player

Yeni il yaxınlaşdıqca bayramın əsas atributu sayılan yolka ağacları və Yeni il aksesuarlarının alışına tələbat artır. İnsanlar dekabr ayının daha ilk günlərindən alış-verişə başlayırlar. Satışda hər zövqə uyğun olan müxtəlif ölçülü yolkalar var. Qiymətləri ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Fərid Əlizadə- satıcı: “Bu gün keçən ilə baxanda, keçən il daha yaxşı idi. Bu il zəifləmə var. Hal-hazırda qiymətlər aşağıdır. Qalxım yoxdur. Qiymətlər başlayır 4 manatdan, 500 manata kimi yolkalar var. Keçən il məsələn 1.20, 1.50 sm olan yolkalar 35 manat idisə bu il 30 manatdır”.

Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə, isə qiymətləri daha bahadır. Oyuncaqlar, eləcə də aksesuarların qiyməti isə 4 -150 manat aralığında dəyişir.

Samir Səmədov- satıcı: “10 gün olar mallarımız gəlib. Başlamışıq satışa. Hədiyyə qutularımız, maskalar, oyuncaqlar var. Yeni ilə aid olan nə lazmdırsa, var. Qiymətlər də hər qiymətə var. 1.20, 1.50, 2 manata var. 3, 4, 5, 25 manata kimi paçkaları var”.

Alıcılardan isə ötən illə müqayisədə bu il qiymətlərin daha münasib olduğunu deyənlər də oldu, 2-3 dəfə bahalaşmanı hiss edənlər də tapıldı. 

Lalə Məmmədova- alıcı: “Qarşıdan 2024 gəlir. Ona görə hazırlıqlar görürük. Cibimizə uyğun “yolka” ilə maraqlanırıq, oyuncaqlarla maraqlanırıq, hədiyyəliklərlə. Hər büdcəyə uyğun var. 50 manatlıq yolka aldıq”.

Sərvan Cəfərov- alıcı: “İndikilər çox bahadır. Demək olar ki, qiymətlər ikiqat qalxıb. Keçən il yarı qiymətinə idi. 28 manata olan indi 70-80 manatdır. Bahadır”.

Alıcı: “Yolka almadım, başqa şey aldıq. Amma belə baxırıq, qiymətlər bahadır. 200-300 manata yolka olar?!”

Bununla yanaşı evində süni yox, təbii küknar ağacını bəzəmək istəyənlər də var. Özü də kifayət qədər. Satıcılar deyir ki, təbii yolkaların da öz alıcıları var. 

İslam Hüseynov- satıcı: “Yolkalarımız 15 manatdan başlayır, 300-400 manata kimi gedir. 40, 50, 80 manata var. Leylandr yolkalarımız 25-30 manat, pixtalarımız 50 manatdan 120 manata kimidir. Kreml yolkalarımız var 300-500, yəni boyuna görə, Kansparislərimiz 15 manat. İndi 4-5 dənə satılır, Yeni ilqabağı təlabat daha da çoxalır”.

Müşahidələr onu göstərir ki, qiymətindən asılı olmayaraq evində Yeni il ab-havası yaratmaq istəyənlər, əllərini atırlar ciblərinə. 

Aişə Rzayeva