• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 11.12.2023 15:56

Ötən həftə 171 mina, 340 sursat aşkarlanıb

KepezTV Player

İşğaldan azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb. Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Şuşa, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 87 piyada, 84 tank əleyhinə mina, 340 Partlamamış Hərbi Sursat aşkarlanıb. 533 hektar ərazi mina və Partlamamış Hərbi Sursatlardan təmizlənib. ANAMA-nın icra olunan əməliyyatlar barədə həftəlik məlumatı 4-10 dekabr tarixlərini əhatə edir.