• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 11.12.2023 12:05

Məktəbəqədər təhsillə bağlı əsas hədəflər

KepezTV Player

Azərbaycan təhsilində ən uğurlu addımlardan biri 5-6 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlbidir. Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, bu yaşda baş verən müdaxilə və dəyişiklik nəticəsini ən az 15-20 il sonra göstərir. Elm və təhsil naziri məktəbəqədər təhsillə bağlı əsas hədəflərini də açıqlayıb. Bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması məqsədlərdəndir. 2026-cı ilə qədər 50 faiz uşaq məkətəbəqədər təhsilə cəlb ediləcək. Nazir bağça müəllimlərinin təhsil qaydasının dəyişəcəyini də qeyd edib. Onun sözlərinə görə, gələcəkdə kollec təhsili olan mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək. Məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislər minimum bakalavr pilləsində olacaq.