KepezTV Player
Azərbaycanın Belarusdakı səfiri və eyni zamanda Azərbaycanın MDB-dəki səlahiyyətli nümayəndəsi Ülvi Baxşəliyev, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov vəzifələrindən geri çağırılıblar.
Məhərrəm Əliyev isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Məhərrəm Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
Məhərrəm Əliyev Azərbaycanın Belarusda səfiri təyin edilib. Ülvi Baxşəliyev Moldovaya, Qüdsi Osmanov isə Rumıniyaya səfir təyin ediliblər. Müvafiq sərəncamlar Prezident İlham Əliyev tərəfindən imzalanıb.
- Baxış: 160