Tərtər rayon Şıxarx kənd 1 nömrəli tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə şübhələr müəyyən edilib. Fakta görə Tərtər rayon prokrurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.
- Baxış: 174