• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 26.01.2016 20:28

Göygöldə ər arvadını avtomobillə vurub

Hadisə bu gün saat 19 radələrində baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Kəlbəcərli məcburi köçkün 27 yaşlı Nurxanım Tağıyeva xəstəxananın travmatologiya şöbəsinə gətirilib. Tağıyevaya tibbi yardım göstərilib. Yaxınlarının bildirdiyinə görə, Nurxanım Tağıyeva Göygöldə atasıgilə gəlib və həyat yoldaşı onu şəxsi münasibətlər zəminində yolu keçmək istəyərkən avtomobillə vurub. Yaralın vəziyyəti yaxşı olduğundan ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu