• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 26.01.2016 18:41

Daşkəsəndə vəzifəli şəxslər avtoqəzada öldü

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 17:30 radələrində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. “Niva Chevrolet” markalı avtomobil sürüşərək  körpüdən aşıb. Nəticədə avtomobildə olan DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri Elvin Haqverdiyev və Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Hacı Məmmədov dünyasını dəyişib. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Hadisə şahidi: “Sürətlə gəlirdi, saxlaya bilmədi düşdü. Çığır-bağır saldıq, çıxardılar”.

Hadisə şahidi: “Səsə gəldik. Maşının körpüdən düşdüyünü gördük. Biri yerində keçinmişdi, bir nəfər isə sağ idi. Yolda dünyasını dəyişdi”.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Xaliq Qurbanlı