• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 26.01.2016 10:59

Tovuz və Hacıqabulda yanğınlar baş verib, ölən var

Hacıqabulda yaşayış binası və ona bitişik evdə yanğın baş verib. Tovuzda isə 80 yaşlı qadın yanaraq dünyasını dəyişib.

Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşayış evlərindən birində yanğın qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, bu gün səhər saatlarında Roza Quliyevanın evinin alovlandığını görüblər. Qonşular dərhal yanğını söndürməyə cəhd etsələr də, bu mümkün olmayıb. Əraziyə yanğınsöndürənlər çağırılıb. Hadisə zamanı ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və əşyaları yararsız hala düşüb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 80 yaşlı  Roza Quliyevanın meyitini içəridə aşkar ediblər. 80 yaşlı qadın hadisə baş verən evdə tək yaşıyırmış. Yanğının səbəbrləri araşdırılır.

Hacıqabul şəhəri, Həmid Həmidov küçəsi 1 ünvanında yaşayış binası və ona bitişik fərdi yaşayış evi yanıb. Binada 3 ailəyə məxsus mənzillərin dam örtükləri, Kəmalə Cəbrayılovaya məxsus evin isə yanar konstruksiyaları əşyaları ilə birlikdə 100 kvadratmetr sahədə yanaraq yararsız hala düşüb.  Yanğının söndürülməsinə Şirvan və Hacıqabul yanğından mühafizə hissələrinin 7 yanğınsöndürən avtomobili və şəxsi heyətləri cəlb olunub. Alov söndürülüb, digər evlər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova