• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 26.01.2016 09:32

Güclü qar Gədəbəy sakinini yarımcan etdi

Gədəbəy rayon sakini 53 yaşlı Esmira Hacıyeva sağ baldır sümüyünün sınığı diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və sonrakı müalicə üçün travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər əvvəlcə Hacıyevanın yol qəza hadisəsi zamanı xəsarət aldığını güman etsələr də bu ehtimal özünü doğrultmayıb. Zərərçəkmişlə söhbət zamanı məlum olub ki, 53 yaşlı qadın qarlı havada yolla gedərkən sürüşərək xəsarət alıb. Xatırladaq ki, son bir neçə gündür Gədəbəydə qarlı şaxtalı hava müşahidə olunur. Qeyri sabit hava səbəbindən bəzi kəndlərin rayon mərkəzi ilə əlaqəsində müəyyən çətinliklər yaranıb.

 

Natiq Hüseyn