• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 27.01.2016 18:14

Ağcabədidə məcburi köçkünün avtomobili yanıb

Şəxs avtomobilinin qəsdən yandırıldığından şübhələnir.

Ağcabədinin Taxtakörpü qəsəbəsində salınan Laçın obalarının Qarakeçdi yatağında maşın yanıb. “Mersedes-Bens” markalı avtomobilin sahibi Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyev bu hadisənin ikinci dəfə təkrarlandığını iddia edir. Bir neçə il əvvəl texniki ekspertiza nəticəsində maşının akkumulyator və elektrik sisteminin nasazlığı səbəbindən yandığı bildirilib. Bu rəylə razılaşmayan Xanəli Verdiyev hər axşam ehtiyat üçün akkumulyatorun tutqaclarını ayırdığını bildirir.

Ötən il avqust ayında naməlum şəxslər Qarakeçdi yatağında bir neçə evin qapı-pəncərələrini qıraraq içəri daxil olublar. O zaman məcburi köçkün Gülbikə Verdiyeva Daşkəsəndən yaylaqdan qayıdarkən qapının qırıldığını və evdən bəzi əşyalarının aparıldığını görüb. Onun sözlərinə görə, ailə üzvlərinə ən çox təsir edən toy kasetinin oğurlanması, evin girişinə 2 içki qədəhinin, evin içərisində oğlu və gəlinin şəkli üzərinə mətbəx bıçağının qoyulması olub. Laçin Rayon Polis Şöbəsindən hadisə ilə bağlı istintaq qrupunun yaradıldığını və tədqiqatın davam etdirildiyini bildiriblər. Maşını yanan Xanəli Verdiyev də bu hadisədən təsirlənərək, ehtiyat etdiyini deyir.

Vüsalə Camal