• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4180
— 25.01.2016 15:38

Ölkədə “donuz qripi”nə qarşı hazırlıqlar aparılır

Dünyanı təşviş içərisində saxlayan H1N1, yəni “donuz qripi” adı ilə yayılmaqda olan təhlükəli virusa qarşı artıq bir neçə müddətdir ölkəmizdə ciddi tədbirlər görülməkdədir. Respublikanın bütün şəhər və rayonlarında bu xəstəliyə qarşı xüsusi palatalar hazırlanıb.

Ölkədə “donuz qripi”nin yayılmasına qarşı bu cür ciddi tədbirlərin görülməsi heç də təsadüfi deyil. Azərbaycanla sərhəddə yerləşən qonşu ölkələrin əksəriyyətində bu virusa yoluxma halları qeydə alınıb. Bəzi ölkələrdə dünyasını dəyişənlər də var. Məhz bu səbəbdən Səhiyyə Nazirliyinin əmrinə əsasən, bütün regionlarda xüsusi təchizatlı palatalar yaradılıb. Göygöl Mərkəzi Rayon Xəstəxanasında da hər biri 1 çarpayılıq olmaqla 2 palata hazırlanıb.

Eldar Muradov- Göygöl MRX-nın baş həkimin müavini: “Göygöl mərkəzi rayon xəstəxanası olaraq da bizdə də xüsusi palatalar təşkil olunub. Həmin xüsusi palatalar da müvafiq virus infeksiyalarına uyğun olaraq preparatlarla təchiz olunub. Eyni zamanda müxtəlif geyim formaları və müdafiə vasitələrindən istifadə etmək üçün  personal maarifləndirilib”.

Maarifləndirmə işi çərçivəsində tibbi personala xəstə ilə davranış, xüsusi geyim formasından və qoruyucu vasitələrdən istifadə, eləcə də virusa yoluxan xəstəyə ilkin yardımın göstərilməsi ətraflı şəkildə izah olunub.  

Elton Cabbarlı