• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 24.01.2016 11:13

Tovuzda qatı duman sürücülərin işini çətinləşdirib

Tovuzda qəfil dəyişən hava şəraiti və müşahidə olunan qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Ötən gün təxminən saat 21:00 radələrindən başlayaraq rayonun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərindən rayon mərkəzinə gedən sürücülər qatı duman səbəbindən çətin anlar yaşayıblar. Hətta avtomobilini yol kənarında saxlayıb dumanın çəkilməsini gözləyənlər də olub. Yerli sakinlər son 5 ildə rayonda belə dumanlı, çiskinli hava müşahidə edilmədiyini bildiriblər.

Rahim İbrahimoğlu