• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4884
— 23.01.2016 13:45

Gəncədə yol polisi növbəti dəfə reyd keçirib

Bu dəfə maşınları ictimai nəqliyyat vasitələri üçün dayanacaqların mühafizə zolağında saxlayan sürücülər məsuliyyətə cəlb olunub.

Gəncənini küçə və prospektlərində avtobus dayanacaqlarında avtomobillərini park edərək yol hərəkəti haqqında qanunun tələblərini pozan sürücülərin sayı kifayət qədərdir. Bu hal ictimai nəqliyyat vasitəsinin dayanacağa daxil olmasında problemlər yaratmaqla yanaşı, ensiz yollarda tıxaca da səbəb olur.

Yaşar Kazımov – sürücü: "Şəxsi maşınların əlindən dayanacaqlara girib, çıxa bilmirik. Harda gəldi saxlayırlar, o da qəza şəraiti yaradır. Ona görə, xahiş edirəm ki, bunlara qarşı tədbir görülsün".

Yol polisi əməkdaşlarının keçirdiyi reyd zamanı dayanacağın təyin olunan mühafizə zolağı daxilində saxlanılan nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada cərimələnib. Bu kimi neqativ hallara ən çox şəhərin mərkəzi hissələrində mövcud olan dayanacaqların ətrafında rast gəlinib.

Vasif Rüstəmov - Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin inspektoru: "Bu gün Gəncə şəhərinin müxtəlif ərazilərində ictimai nəqliyyatın dayanacağında dayanan avtomobillərin sürücülərinə qarşı ciddi tədbirlər görülür. Fürsətdən istifadə edib sürücülərin nəzərinə çatdırmaq istəyirəm ki, avtobusların qadağan olunan yerlərində dayanan nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə əsasən cərimələr tərtib olunacaq".

İnzinatı Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, bu kimi hallarla bağlı yol hərəkəti qaydalarını pozan sürücülər 40 manat cərimələnirlər.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyini qorumaq və yollarda baş verə biləcək tıxac hallarının qarşısını almaq məqdəsilə keçirilən reydlər bundan sonra da davam etdiriləcək.

Xaliq Qurbanlı