• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 23.01.2016 12:21

40 ildir insanların şad günlərinin carçısını toplayan bu şəxsi siz də tanıyın…

Bəy, gəlin məlum, toy günü də dəqiqləşib, bircə qalır qonaqları məkana dəvət etmək. Bunun üçün vacib olan isə dəvətnamədir. 68 yaşlı Tovuz sakini 40 ildir insanların şad gününün carçısına çevrilən dəvətnamələri toplamaqla məşğuldur.

Tovuz rayon sakini Fariz Əhmədovun topladığı xeyli sayda, müxtəlif ölçülü, rəngli, görünüşlü dəvətnamələr maraq çəkir. Rayon sakininin ən "yaşlı" dəvətnaməsi isə öz toy gününə məxsusdur. Kiçik ölçülü, üzərində bəy, gəlinin şəkili olan xoş günün carçısı 1976-cı ildə yazılıb.

Bu günə qədər 4 mindən çox dəvətnamə yığan Fariz Əhmədov onların ötən xoş günlərdən ən yaxşı xatirə olduğunu bildirir. O, dəvətnamələrlə gələcəkdə nəvələrinin toyuna kimləri çağıracağını da müəyyən edir.

Toylarda masabəyi kimi də iştirak edən Fariz Əhmədov dəvətnamə toplamağa davam edəcəyini bildirir.

Rahim İbrahimoğlu