• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3653
— 23.01.2016 11:21

Şəmkirin kənd və qəsəbələrində sakinlərlə görüşlər davam etdirilir

Şəmkirdə rayon rəhbərliyinin kənd və qəsəbələrdə yerli sakinlərlə görüşü davam edir. Görüşlərdə əvvəlcə son bir ildə rayonun kənd və qəsəbələrində həyata keçirilən quruculuq və abadlıq işləri barədə məlumat verilib. 7500-ə yaxın əhalisi olan Çinarlı qəsəbəsində 4 körpələr evi-uşaq bağçası, 2 məktəb, 1 xəstəxana, mədəniyyət evi, kitabxana, poçt və elektron ATS fəaliyyət göstərir. Qəsəbədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub, daxili yollar təmir edilib.  Polis sahə məntəqəsi üçün yeni bina tikilib. Sahibkarlıq obyektləri yaradılıb. İclasda görülən işlərlə yanaşı, bəzi nöqsanlar da önə çəkilib.  Sakinlər uşaq bağçaları və 1 saylı tam orta məktəbin əsaslı təmirinə, mədəniyyət evinin isə yeni bina ilə təmin edilməsinə ehtiyac duyulduğunu bildiriblər. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün bəzi güc transformatorlarının yenilənməsi və elektrik dayaqlarının dəyişdirilməsi də vacibdir. Qaldırılan məsələlərin bir çoxu yerində həll edilib. Bəzi müraciətlər isə müvafiq sturukturlar tərəfindən qeydiyyata alınıb.

Natiq Hüseyn