• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3653
— 23.01.2016 11:13

Gəncə şəhər rəhbərliyi vətəndaşların qəbulunu keçirib

Gəncə şəhər rəhbərliyi və millət vəkilləri ictimaiyyət nümayəndələri ilə birlikdə Gəncədə fəaliyyət göstərən səhiyyə ocaqlarının birində yaradılan şəraitlə tanış olublar. Səhiyyə ocağında xəstələrə ənənəvi tibbi xidmətlərlə yanaşı, ürək-damar cərrahiyəsi, sümük iliyi transplantasiyası, plastik cərrahiyə kimi yüksək texnologiyaların tətbiq olunduğu tibbi xidmətlər göstərilir. Daha sonra şəhər rəhbərliyi vətəndaşların qəbulunu keçirib. Qəbulda əsasən şəhid ailələri və Qarabağ Müharibəsi əlilləri iştirak edib. Gün ərzində 120-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Qaldırılan məsələlər əsasən işlə təminat, su və qaz təchizatı ilə bağlı məsələlər olub. Problemlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə göstərişlər verilib. Səhhətində problem olan vətəndaşların da müraciətləri dinlənilib və onların şəhərin səhiyyə ocaqlarında müayinə və müalicə olunması üçün tapşırıqlar verilib.

Vüsalə Camal