• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4949
— 22.01.2016 16:02

Gəncə Şəhər Dezinfeksiya Stansiyasının kollektivi gücləndirilmiş iş rejiminə keçib

İnfeksion xəstəliklərə səbəb olan viruslar soyuq havalarda daha da aktivləşir. Yarana biləcək problemin qarşısını almaq üçün Gəncə Şəhər Dezinfeksiya Stansiyasının kollektivi gücləndirilmiş iş rejiminə keçib və  işçi briqadalar tam hazır vəziyyətə gətirilib.

Hazırda Gəncə şəhərində hər hansı kütləvi infeksion xəstəlik müşahidə edilmir. Bu barədə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Səlbi Cəfərova məlumat verib. Onun sözlərinə görə, stansiya lazımi dərman preparatları ilə təmin olunub.

Səlbi Cəfərova- Gəncə Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi: “Göstəriş olarsa qabaqlayıcı tədbirlərin görülməsinə tam hazırıq. Bizə nə lazımdır verilibdir. Xlorlu əhəng, xloramin, alpaspermetrim lazımınca var. Dezinfeksiya edici aparatlarımız, işçilərimiz üçün lazım olan xüsusi geyim əşyaları, maska, əlcəklə də təmin edilmişik”.

Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları ötən il yarana biləcək infeksion xəstəliklərin qarşısını almaq məqsədi ilə şəhərinin bütün səhiyyə ocaqları, təhsil müəssisələri, eləcə də əhalinin sıx olduğu yerlərdə mütəmadi dezinfeksiya işləri aparıblar. Tədbirlər tərtib olunan qrafikə əsasən gün ərzində təyin olunan 10-a yaxın müəssisə və təşkilatda həyata keçirilib.

 

Elnur Vahidoğlu