• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3513
— 22.01.2016 15:22

Şəmkirdə “Açıq qapı” günü keçirilib

Şəmkir sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətində keçirilən növbəti “Açıq qapı” günündə müxtəlif kənd və qəsəbələrdən 100-ə yaxın vətəndaş iştirak edib. Müraciətlər əsasən ünvanlı sosial yardımın təyini, əlillik dərəcəsinin müəyyənləşdirilməsi, həyətyanı torpaq sahələrinin verilməsi, işlə təminat, eləcə də sağlamlıq imkanları məhdud olan şəxslərə maddi yardım göstərilməsi kimi məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həll edilib, bəziləri isə nəzarətə götürülüb. Qəbulda işində nöqsanlara yol verən bir neçə struktur rəhbərinə ciddi tapşırıqlar verilib.   Qeyd edək ki, analoji görüşlər Şəmkir Rayon İcra Hakimiyyətində həftədə bir dəfə keçirilir.

 

Natiq Hüseyn