• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 22.01.2016 14:18

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Samuxda “kütləvi çıxarış” kampaniyası keçirib

Kampaniyadan 180-ə yaxın rayon sakini yararlanıb.

Samuxun Yenikənd kəndində təşkil edilən, 200 nəfərdən artıq vətəndaşın iştirak etdiyi kampaniyada 100-ə yaxın sakinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. 80-ə yaxın vətəndaşın isə mülkiyyət hüququnu təsdiq edən ilkin sənədinin qəbulu həyata keçirilib. Vətəndaşlar kampaniyanı müsbət qarşılayıb.

Rafiq Qafarov- rayon sakini: “Torpaq sənədləri ilə bağlı müraciət etmişdim. Qısa zaman kəsiyində sənədlərimizi düzəldib, bizə təqdim etdilər”.

Yaşar Əbdürəhmanov- rayon sakini: “Torpaq kağızlarını aldılar. Apardılar, düzəltdilər, gətirib öz evimizdə təqdim edirlər bir-bir”.

Maraq və tələbat nəzərə alınaraq bu ildən kampaniyanın keçirildiyi şəhər və rayonların sayı artırılacaq. Qeyd edək ki, son bir neçə ildə ölkədə uğurla aparılan əmlak hüquqlarının qorunması indeksinə görə Azərbaycan Beynəlxalq Mülkiyyət Hüquqları Alyansının reytinq cədvəlində yer alıb.

Qulu Xəlilov- Əmlək Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri: “Bu reytinq cədvəli müxtəlif indekslər üzrə aparılır. İlk dəfə olaraq Azərbaycan daşınmaz əmlakın qeydiyyatı indeksi üzrə mümkün 10 baldan 9,7 bal yığaraq 129 ölkə arasında 20-ci yerdə qərarlaşıb. Bu göstərici isə ölkə üzrə vətəndaşlara göstərilən xidmət sahəsinin inkişafı və müasirləşdirilməsini bariz nümunəsidir”.

Əmlək Məsələləri Dövlət Komitəsinin istifadəyə verdiyi elektron xidmətlər qeydiyyat prosesinin sürətli və şəffaf şəkildə həyata keçirilməsini təmin edib. Belə ki, bu günədək 31 elektron xidmət vasitəsi ilə daxil olan 300 minə yaxın müraciətə baxılıb və lazımi tədbirlər görülüb.

 

Elton Cabbarlı