• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 682
— 22.01.2016 12:21

Ağstafada 120 kiloqramdan artıq istifadəyə yararsız ət aşkarlanıb

Gürcüstanda “donuz qripi”nin yayılması ilə əlaqədar Kürətrafı kəndləri bu ölkə ilə sərhəddə yerləşən Ağstada ehtiyat tədbirləri gücləndirilib. Rayon ərazisində reydlər davam etdirilir. Poylu qəsəbəsində yerləşən gömrük postunda reyd zamanı 120 kiloqramdan artıq mənşəyi bilinməyən ət aşkarlanıb. Yoxlamalar zamanı bəlli olub ki, naməlum ət donuz ətidir və onu Göygölün Topalhəsənli kənd sakini Şəmkir Abbasov öz yaşadığı rayona aparır. Sürücü əti qonşu Gürcüstandan gətirdiyini desə də, daha sonra məlum olub ki, yaxınlıqdakı kəndlərdən alıb. Aşkarlanan ətdən nümunələr götürülüb və aydın olub ki, Göygöl sakinin avtomobilində daşıdığı donuz əti istifadəyə yararsızdır. Ət ayrılmış müvafiq sahədə zərərsizləşdirilib.

 

Rahim İbrahimoğlu