• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3663
— 21.01.2016 16:42

Gəncədə demoqrafik vəziyyət müsbətə doğru dəyişib

Gəncədə şəhər əhalisinin sayı ötən il 2230 nəfər artsa da, yeni doğulanlar və dünyasını dəyişənlərin sayında 2014-cü illə nisbətən azalıb. Nikaha daxil olanlara nisbətdə boşananların sayı isə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin əvvəlindən 2016-cı ilin əvvəlinə qədər Azərbaycan əhalisinin sayı 103 min 800 nəfər və ya 1,1% artaraq 9 milyon 696 min 800 nəfərə çatıb. Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Gəncədə də ötən il əhalinin demoqrafik vəziyyəti müsbətə doğru dəyişib. Şəhər əhalisinin sayı 0,67 faiz artıb. Şəhər sakinlərinin 48, 6 faizi - 160 min 693 nəfərini kişi, 169 min 951 nəfər, yəni 51,4 faizini isə qadınlar təşkil edib.

Gülşən Əhmədli - Gəncə şəhər Statistika İdarəsinin rəis müavini:"2016-cı ilin yanvar ayının 1-i vəziyyətinə Gəncə şəhər əhalisinin sayı 2015-ci il yanvar ayının 1-lə müqayisədə 2230 nəfər artaraq 330.644 nəfərə çatmışdır. Şəhər əhalisinin 178.995 nəfəri və ya 54.2 faizi Kəpəz rayonu ərazisində, 151.649 nəfəri və yaxud 45.8 faizi Nizami rayonu ərazisində yaşayır".

2015-ci il ərzində 3976 körpə dünyaya gəlib ki, bu da 2014-cü ilin göstəricisindən 1205 nəfər azdır. Ölənlərin sayı da 311 nəfər azalaraq 1746 olub. Ötən il şəhər üzrə 2239 nikah, 917 boşanma halı qeydə alınıb. Bu da 2014-cü illə müqayisədə müvafiq olaraq 783 azalma və 269 artım deməkdir. Şəhər əhalisinin 229 min 137-si əmək qabiliyyətli yaşda olanlardır.

Bahadur Şakiroğlu