• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3568
— 21.01.2016 16:41

Havalar soyudu, temperatur kəskin düşdü

Ölkə ərazisinə daxil olan soyuq hava kütlələri bu gündən etibarən qərb bölgəsində havanın temperaturunun kəskin şəkildə aşağı düşməsinə səbəb olub. Milli Hidrometeorologiya Departamentinin Gəncə Regional Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, qeyri- sabit hava şəraiti Gəncə və ətraf rayonlarda bir neçə gün davam edəcək. Nəticədə qar və sulu qar yağacaq, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağ çaylarında daşqın və sel təhlükəsi gözlənilmir.

Ramil Qədirov -Gəncə Regional Hidrometeorologiya Müəssisəsinin direktor əvəzi: "Yanvar ayının 22-də hava yağmursuz olacaq. 23-ü axşama doğru hava şəraitinin dəyişəyəcəyi, yağıntı olacağı, qərb küləyinin sürətinin 15-20 m/saniyə olacağı gözlənilir. Qeyri- sabit hava şəraiti nəticəsində dağ və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ötən günlərə nisbətən temperatur 3-5 dərəcə aşağı düşəcək".

Xaliq Qurbanlı