• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 21.01.2016 16:41

Şahmata maraq var, amma…

Vətəni Hindistan olsa da,  ölkəmizdə də şahmata maraq böyükdür. Bunu nəzərə alaraq 2012-ci ildən 75 pilot məktəbdə şahmat dərsinin tədrisinə başlanılıb. Tovuzun da 8 orta təhsil ocağında zəka oyunun sirləri ibtidai sinif şagirdlərinə tədris olunur.

Şagirdlərin şahmatın sirrlərinə yiyələnməyə marağı böyükdür. Oyunun tədrisi şagirdlərdə dünyagörüşünün inkişafına təsir edir, onlara diqqətli olmağı, fikirləşməyi, müqayisə etməyi, əvvəlcədən oyunun nəticəsini görməyi öyrədir. Özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri güclənir.

Şahmata maraq var, ancaq  müəyyən çətinliklər də mövcuddur. Vəsaitlərin və dərs saatının az olması şagirdlərin oyunu normal mənimsəməsinə mane olur. Qalib olmağı sevən şagirdlər oyunu  həvəslə öyrənirlər. İlk dəfə olaraq şahmat taxtası arxasında oturan balaca məktəblilərin bir arzusu var. Gələcəkdə məşhur şahmatçı olmaq.

Hazırda şagirdlər Biləsuvarda keçiriləcək şahmat üzrə zona yarışlarına hazırlaşırlar.

Rahim İbrahimoğlu