• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 08.10.2014 01:05

Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib

Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə qəza zamanı yaralanan 31 yaşlı Səbinə Əliyeva yaxınlarının köməkliyi ilə xəstəxananın travmatologiya şöbəsinə gətirilib. Həkimlər xəstəyə ilkin tibbi yardım göstəriblər və onun vəziyyətinin orta ağır olduğunu söyləyirlər. Səbinə Əliyevanın yaxınların sözlərinə görə qəza Goranboy rayonun mərkəzində baş verib. Sərnişin Səbinə Əliyeva VAZ 2107 markalı avtomobildə olarkən sürücü idarə etməni itirib və avtomobili ağaca çırpıb. Nəticədə Səbinə Əiiyeva bel nahiyyəsindən xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.