• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4806
— 19.01.2016 11:07

Gəncədə “İmamzadə” dini-memarlıq kompleksinə həsr olunan kitabın təqdimatı keçirilib

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, tarixçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 2012-ci ildən hazırlanmasına başlanılan “İmamzadə” kitabının ərsəyə gəlməsində 110 tarixçinin əməyi var. Onlar dini-memarlıq kompleksinin tarixi, arxitekturası ilə bağlı ətraflı araşdırmaların nəticələrini qələmə alıblar. Kitab 4 fəsil, 300 səhifədən ibarətdir. Nəşrdə Gəncənin tarixi  ilə bağlı bir sıra tarixi faktlar da öz əksini tapıb. Kitab yaxın vaxtlarda yüksək tirajla çapa veriləcək.

Elmar Vəliyev- Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Kitabın son variantına baxıldı. Düşünürəm ki, bu, “İmamzadə” dini kompleksi haqqında müfəssəl yazılmış, nəfis bir kitab olacaq. Hər bir kəs üçün çox dəyərli stolüstü kitaba çevriləcək”.    

Vüsalə Camal