• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4753
— 18.01.2016 15:56

Gəncədə 1-ci Azərbaycan Rəqs Konqresi və “Kəpəz Kuboku” keçiriləcək

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunan hər iki tədbir müvafiq olaraq yanvar ayının 30 və 31-də baş tutacaq. İlk olaraq 20-dən çox rayonun incəsənət xadimi, əməkdar və xalq artistlərinin iştirakı ilə konqres keçiriləcək. Məhsəti Gəncəvi Mərkəzində baş tutacaq iclasda "Kəpəz Kuboku" Rəqs yarışmasının planı qurulacaq və gündəlikdə olan məsələlər müzakirə ediləcək. 31 yanvarda isə Gəncə Dövlət Dram Teatrında "Kəpəz Kuboku" I rəqs yarışı baş tutacaq. Respublikanın ən yaxşı rəqqasları Kubok uğrunda mübarizə aparacaqlar. Onlar folklor-etnika, folklor-stilizasiya, hip-hop və şou-balet nominasiyaları üzrə yarışacaq. İştirakçılar 6 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər.

Ruhəngiz Hacızadə