• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 18.01.2016 14:36

20 Yanvar faciəsində şəhid olan dəmiryolçunun ailəsi ziyarət olunub

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri və dəmiryolçular 20 Yanvar faciəsində şəhid olan Valeri Boqdanovun ailəsini ziyarət ediblər. Artıq ənənə halına çevrilən görüşdə şəhidlə bağlı xatirələr yada salınıb. Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncədə anadan olub. Rostov Dəmiryol İnstitutunun məzunu olan Valeri bir müddət Gəncədə dəmiryolu sahəsində çalışıb, daha sonra Bakıda təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. Valeri Boqdanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər sahillərində qəhrəmancasına həlak olub.

Valentina Boqdanova- şəhidin anası: "Bu hadisədən 26 il keçib. O vaxtdan indiyə bir nəsil böyüyüb. Amma bir ana kimi mənim yaram hələ də təzədir. Mən o günü unuda bilmirəm. Bilirsiz, valideyinlər övladlarını böyüdürlər və ümid edirlər ki, onlar ana-ataya dayaq olacaq. Amma mən həmin gün dayağımı itirdim. İndi mənim dayağım yoxdur".

Vüsalə Camal