• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3636
— 18.01.2016 14:13

ADAU-da 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Şəhidlərin xatirəsi anılıb. Bakıda milli azadlıq uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı sovet ordusunun xüsusi təyinatlı bölmələri və qoşun hissələri tərəfindən görünməmiş vəhşilik  törədilib. Bu faciə insanlığa qarşı törədilən cinayətdir və heç bir zaman  Azərbaycan xalqının qan yaddaşından silinə bilməz. Çünki tökülən qanlar məhz Azərbaycanın müstəqil bir dövlət kimi var olmasındakı imzanın mürəkkəbidir. Öz canları bahasına Azərbaycana müstəqillik qazandıran şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq, vətənini sevən hər bir azərbaycanlının and yeri olacaq.

Gülnar Fazilqızı