• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 07.10.2014 11:53

Qurban bayramı günlərində Gəncə TTTYS-a edilən müraciətlər çoxalıb

Qurban bayramı günlərində Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı adi günlərə nisbətən artıb. Stansiyadan verilən məlumata görə, digər günlər də şəhər üzrə 230-240 çağırış olurdusa, oktyabırın 4-dən bu günə kimi gün ərzində 250-260 arası müraciətlər edilib. Müraciətlər əsasən ürək-damar xəstəlikləri və qan təzyiqi ilə bağlı olub. Gücləndirilmiş iş rejimində çalışan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mərkəzlə bərabər 4 filialı fəaliyyət göstərir. Bayram günlərində burada 19 həkim briqadası çalışıb.