• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 07.10.2014 10:56

Gəncədə mənzillərin dam örtüklərinin dəyişdirilməsi işləri sürətləndirilib

Qış mövsümünün yaxınlaşması ilə bağlı Gəncədə mənzillərin dam örtüklərinin dəyişdirilməsi işləri sürətləndirilib. Artıq 500 binada aparılan işlərin əksər hissəsi yekunlaşıb. Yeni dam örtüklərində istifadə olunan materiallar yerli və Türkiyə istehsalıdır. İlin sonunadək  bütün binaların dam örtüklərinin yenilənməsi nəzərdə tutulub.

Nofəl Həsənov- Gəncə şəhər MKİB-nin mühəndisi: “Sayla desək, 100-120 bina qalıb. Binaların dam örtüyü tam lazımi qaydada yerinə yetirilir. Qış mövsümü ilə əlaqədar heç bir şəhər sakini narahat olmasın, dam örtükləri tam təmir olunacaq, bu baxımdan heç bir narahatçılığa səbəb yoxdur”.