• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 07.10.2014 10:08

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası sentyabr ayının ən məhsuldar futbolçularının adlarını müəyyənləşdirib

Siyahıda 22 futbolçu yer alıb. Qana millisinin və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ain" klubunun futbolçusu Asamua Qyan sentyabr ayında vurduğu 16 qolla siyahıya başçılıq edir. Bu qollardan 4-nü yığmada vuran hücumçu 12 dəfə klubda fərqlənib. Portuqaliya millisinin və "Real Madrid"in hücumçusu Kriştiano Ronaldo 14 qolla ikinci, Braziliya yığmasının və "Barselona"nın futbolçusu Neymar isə 11 qolla üçüncü pillədə qərarlaşıb.