• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 07.10.2014 10:13

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb

454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub. Avropa Liqasının qrup mərhələsində səfərdə İtaliya "İnter"inə 2:0 hesabı ilə uduzan “Qarabağ” klubu 2 pillə geriləyərək 201-ci yerdə qərarlaşıb. Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur. "Ağ qaralar" siyahıda 174-cü olub. Ümumilikdə avrukoboklarda son beş mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda digər komandalarımızdan İnter, Xəzər Lənkəran, Bakı, Qəbələ və AZAL yer alıb.