• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3443
— 13.01.2016 12:23

Bu il Gəncə şəhərinin smart sayğaclarla təminatı tam başa çatdırılacaq

Ötən il Gəncə Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisinə daxil olan 1 şəhər və 5 rayonda yararsız qaz xətləri və sayğaclar yenisi ilə əvəz edilib. Bundan başqa 8 kənd və 1 yaşayış məntəqəsi qazlaşdırılıb. 

Ötən il aparılan işlər çərçivəsində Goranboy rayonunun  5 kəndinə və 1 yaşayış məntəqəsinə ilk dəfə olaraq mavi yanacaq verilib. Samux rayonunun  2,  Şəmkirin isə 1 kəndi tam qazlaşdırılıb. Qazlaşdırma işləri Gəncənin Məhsəti qəsəbəsini də əhatə edib. Qəsəbəyə yeraltı qaz xətti çəkilib. Gəncə Regional Qaz İstismarı İdarəsinin kurasiyasına daxil olan rayonlarda istismara yararsız 10 min metrdən artıq metal boru müxtəlif diametrli polietilen borularla əvəz olunub.

Azər Bayramov- Gəncə RQİİ-nin baş mühəndisi: “2016 -cı ildə də qarşımıza məqsədlər qoymuşuq. Bu planlardan biri podaratçılar tərəfindən işin keyfiyyətli aparılmasına nəzarət etmək və mümkün qədər işlərin qısa vaxt ərzində yekunlaşmasına köməklik göstərməkdən ibarət olacaq”.

Həm ötən il, həm də bu il abonentlərin köhnə qaz sayğaclarının yeni smart tipli  sayğaclarla əvəzlənməsi həyata keçirilib. İdarədən bildirilib ki, bu il Gəncə şəhərinin smart sayğaclarla təminatı tam başa çatdırılacaq. Digər rayonlarda isə mexaniki sayğacların 70-80 faizinin smartlaşdırılması nəzərdə tutulur.

Elton Cabbarlı