• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3281
— 12.01.2016 16:24

Ölkədə plastik kartlara olan tələbat artıb

Bəzi məhsulların topdan və pərakəndə satışında nağdsız ödənişin tətbiqi plastik kartlara olan tələbatı artırıb. Mütəxəssislər istənilən banka yaxınlaşmaqla, istənilən kartı sifariş etməkdə heç bir məhdudiyyətin olmadığını deyir.

Mağazalarda qiymət artımının daha çox nəzərə çarpdığı məhsullar aksiz markalı məhsullardır. Xüsusən siqaret və spirtli içkilər. Bu məhsulların satışında yaranan fərqlilik sadəcə qiymətdə deyil, eyni zamanda satış formasında da özünü göstərdi. Əvvəllər digər məhsullar kimi tərəddüdsüz, nağd şəkildə pul ödəməklə alınan spirtli içkilər indi kartla, nağdsiz ödənişlə satılır.

Ölkədə aksiz markalı məhsulların satışının plastik kartla həyata keçirilməsi plastik kartlara olan tələbatı artırıb. 2013-cü ildən etibarən plastik kartlarla nağdsiz ödənişlərə marağı artırmaq üçün dövlət səviyyəsində müəyyən tədbirlər görülüb. Amma əhalinin bu sahəyə marağı məhz bu ildən yaranıb.

Nail Əsgərov- bank mütəxəssisi: "Aksiz markası ilə markalanmalı olan məhsullar vitrindən götürüləndən sonra, əhali arasında plastik kartlara maraq artdı. Kartları olmayanlar istənilən banka yaxınlaşıb, istədikləri məbləği yatırmaqla, özləri üçün debet kartları sifariş verə bilərlər".

Həmin kartlarla da POS-terminal quraşdırılan istənilən mağazadan alış-veriş etmək mümkündür. Amma belə bir sual meydana gəlir: Nəğdsiz ödənişlərə keçid bizə nə verir?!

Nail Əsgərov- bank mütəxəssisi: "İlk növbədə vergidən yayınmanın qarşısı alınır. Yəni, insanlar nağd şəkildə kassaya pul ödəyəndə ümumi məbləği göstərə də bilərdilər, göstərməyə də. Amma nəğdsiz ödənişdə bu cür deyil. Ümumi məbləğ onların hesabına oturur və vergidən yayınma hallarının qarşısı alınır".

Yenilik mağazalarda POS-terminalların quraşdırılmasını da stimullaşdırır.

Zülfiyyə Telmanqızı