• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 11.01.2016 16:08

Gəncədə bəzi binalarının tikintisi sürətləndirildi

Gəncədə 4 ümumtəhsil məktəbində və 3 uşaq bağcasında aparılan əsaslı təmir işləri davam etdirilir. Bundan əlavə, Gəncə Dövlət Filarmoniyasının əsas binasının və yardımçı korpuslarının inşası işləri sürətləndirilib.

Təməli 2012-ci il yanvarın 21-də Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Dövlət Filarmoniyası binasında hazırda tikinti işləri davam etdirilir. Burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi tikilir. Burada iaşə xidməti obyektləri, həmçinin yeraltı qaraj və yardımçı otaqların fəaliyyət göstərməsi üçün layihəyə uyğun işlər aparılır. Filarmoniyanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri də ucaldılacaq. Gəncə Biznes Mərkəzi üçün inşa edilən binada da son tamamlama işləri aparılır. Yüksək zövqlə inşa edilən bina şəhərin ümumi görnüşünə əlavə gözəlik qatacaq. Eyni zamanda, Gəncənin 1 və 41 nömrəli məktəblərində əsaslı təmir işləri davam etdirilir. Binaların dam örtüyü yenilənir, fasad hissələri gülbəxt daşı ilə üzlənir. 

14 və 44 nömrəli məktəblərin isə istilik sistemi, sanitar qovşaqları yenilənir, binaların qapı və pəncərələri dəyişdirilir. Təmir-bərpa işləri 1, 31 və 44 saylı uşaq bağcalarında da aparılır.

Zakir Əliyev - iş icraçısı: "Bütün invertarlar və avadanlıqlar bağçalarda yenisi ilə əvəz olunacaq. Tam müasir tələblər uyğun formada əvvəlki ildə 40 və 39 nömrəli məktəbləri necə etmişiksə, yüksək keyfiyyətlə bu məktəblərdə də o formada işlənir".

Təhsil ocaqlarının təmiri zamanı yanğın təhlükəsizliyi nəzərə alınaraq, hər məktəbin həyətində su hovuzları da inşa edilir.

Xaliq Qurbanlı