• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3224
— 11.01.2016 13:04

TQDK-ya daxil olan müraciətlərin sayı azalıb

Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vətəndaşlar tərəfindən 1081 yazılı müraciət daxil olub. 2014-cü illə müqayisədə bu rəqəmin azalması müşahidə olunur. Belə ki, həmin il bu rəqəm 1173 olub. Müraciət ərizələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Regional Bölmələrində də qəbul edilir. Geridə qoyduğumuz il komissiyanın Gəncə Regional Bölməsinə 150-dən artıq yazılı müraciət daxil olub. Müraciətlər əsasən qəbul imtahanı dövründə elektron ərizələrdə və ya ixtisas seçimi zamanı buraxılan səhvlərlə bağlı olub. Qəbul müddətində isə TQDK-nın Gəncə bölməsinə üz tutanların sayı daha çox olur. Həmin dövrdə bölməyə gün ərzində şifahi olaraq 200-ə yaxın vətəndaş müraciət edir.

Ruhəngiz Hacızadə