• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2390
— 09.01.2016 11:33

Goranboyda yollar qardan və buzdan təmizlənir

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinə və ətraf ərazilərə yağan qarın fəsadları aradan qaldırılır.  Əraziyə xidmət edən 58 saylı Xocalı Yol İstismar İdarəsi kollektivi avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün xidmət etdiyi 87 kilometr uzunluğunda avtomobil yolunda təxirəsalınmaz tədbirlər həyata keçirir. İdarənin 16 müxtəlif markalı texnikası və 50-ə yaxın işçi qüvvəsi səfərbər edilib. Yolları qardan və buzdan təmizləmək üçün 1200 tona yaxın duz qarışıq qum tədarük olunub. Qeyd edək ki, yeni ilin ilk günlərində Goranboy rayonunun 25 yaşayış məntəqəsinə 1 metrə yaxın qar yağıb.

 

Natiq Hüseyn