• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 08.01.2016 17:28

Gədəbəyin kəndlərinə elektrik enerjisinin verilişi bərpa edilir

Gədəbəydə qış fəslinin sərt keçməsi rayonda elektrik enerjisinin fasiləsiz verilişində problem yaradıb. Əsasən də dağətəyi kəndlərə qarın çox yağması elektrik naqilləri və dirəklərində təmir işlərinin aparılmasında çətinliklər yaradıb.

Gədəbəyə yağan güclü qar rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Qar rayonun 10-a yaxın ucqar kəndini elektrik enerjisiz qoyub.

Bir həftədir ki, Gədəbəyə yağan qarın hündürlüyü rayon mərkəzində 50-60 sm-ə, dağlıq ərazilərdə isə 1 metrə çatıb. Kəndləri elektrik enerjisi ilə təmin edən xətlər sıradan çıxıb, dirəklər aşıb. Nəticədə Şınıx bölgəsində, İvanovka, Böyük Qaramurad və digər bir neçə kəndin elektrik enerjisi kəsilib. Gədəbəy Rayon Elektrik Şəbəkəsi tərəfindən aparılan işlər nəticəsində hazırda rayon mərkəzi, eləcə də ətraf kəndlər fasiləsiz və dayanıqlı elektirk enerjisi ilə təmin olunur.

Vaqif Hüseynov- Gədəbəy rayon Elektrik Şəbəkəsinin rəisi: “Rayona yağan güclü qar nəticəsində elektrik şəbəkəsinə ciddi ziyan dəyib. Tərəfimizdən aparılan təmir-bərpa işləri zamanı dəyən fəsadlar aradan qalıdırlıb. Hazırda bütün kəndlərə dayanıqlı olaraq elektrik enerjisi verilməsi təmin olunub. 24 saat ərzində çalışırıq ki, bütün yaşayış mənətəqləri işqısız qalmasın".

Rayon Elektrik Şəbəkəsi qarlı və şaxtalı havalarda baş verə biləcək problemlərin qarşısını almaq üçün kəndlərdə SİP kabellərin çəkilişini və yeni dayaqların quraşdırılmasını həyata keçirir. Gədəbəydə 110 kənd də daxil olmaqla, ümumilikdə 21 min abonent elektrik enerjisindən istifadə edir.

Xaliq Qurbanlı