• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 08.01.2016 15:31

Samuxun bütün orta məktəblərinə kompyuter dəstləri verilib

Samux rayonunun bütün orta məktəbləri kompyuterlərlə tam təmin edilib. İnformatika fənninin tədrisinə xüsusi diqqət yetirilir.

Orta məktəblərdə dərslərin informasiya kommunikasiya texnologiyaları avadanlıqları ilə keçirilməsi tədrisin keyfiyyətli olması üçün vacib olan amildir. Məhz elə ona görə də, Samux rayonu üzrə bütün orta məktəblərə kompyuter dəstləri verilib.

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, ümumtəhsil məktəblərinə 350 ədəd kompyuter dəsti verilib ki, bu da hər 23 şagirdə 1 kompyuter deməkdir. Rayonun 35 orta ümümtəhsil məktəbindən 30-u  internet şəbəkəsinə qoşulub.

Gülağa Hüseynov- Samux Rayon Təhsil şöbəsinin müdiri: “Uzaqda olan məktəblərimiz də var. Kürün qırağında - Yenikənd, Qırmızı Samux, Lüksemburq tam orta məktəbləri Təhsil Nazirliyi tərəfindən 1 ay bundan öncə internətə qoşulub. Hansı ki, onlar rayon mərkəzindən 35-40 km aralıda yerləşir. Kompyuter vasitəsilə dərslərin keçirilməsi tədris prosesinə böyük köməklik göstərir və eyni zamanda, müəllim kompyuter vasitəsilə bütün şagirdlərin kompyuterdə nədən istifadə edə bildiyini tam yoxlaya və izləyə bilir”.

Samux rayonu üzrə 23 tam, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərir.  Bu təhsil ocaqlarında 7940 şagirdin təlim-tərbiyəsi ilə 1043 pedaqoq məşğul olur.

Elnur Vahidoğlu