• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 07.01.2016 15:38

Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinə maraq böyükdür

İki ilə yaxındır  fəaliyyət göstərən Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinə maraq böyükdür. Məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi olan Qaynar Xətt Xidmətinə sadəcə Gəncə yox, ətraf rayonlardan da zənglər daxil olur. Xidmət vasitəsi ilə 18 yaşadək uşaq və yeniyetmələrə hüquqi, psixoloji və sosial yardım göstərilir. 2014-cü ilin dekabr ayından 2015-ci ilin sonunadək qərb bölgəsi ilə yanaşı, Bərdə, Göyçay, Ucar, Ağdaş, Ağsu, Ağcəbədi və Qaxdan 573 müraciət daxil olub. Edilən zənglərin 199 şəhərdaxili, 374 isə mobil telefon vasitəsilə həyata keçirilib. Daxil olan zənglər sırasında psixoloji problemlərlə bağlı müraciətlər üstünlük təşkil edir. Qeyd edək ki, Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinin şəhərdaxili və to free nömrələri həftə içi 5 gün saat 9-dan 18-dək, mobil nömrələri isə 7 gün, 24 saat fəaliyyət göstərir.

 

 

Gülnar Fazilqızı